Yava dənizində 243 nəfərlik gəmi faciəsi
İndoneziyada Yava dənizində hərəkətdə olan və göyərtəsində 243 nəfərin olduğu “Virgo Transport 8” adlı gəmi ilə əlaqə kəsilib. Hadisə fırtına zamanı baş verib və gəminin ekipajı ilə əlaqə yerli vaxtla saat 02:00 radələrində hava şəraitinin kəskin pisləşməsindən sonra itib.
Minval.info xəbər verir ki, gəminin sonuncu dəfə Banjarmasində yerləşən “SAR Basirih” körpüsündən təxminən 80 dəniz mili məsafədə olduğu müəyyən edilib. Hazırda gəminin tapılması və göyərtəsindəki insanların xilas edilməsi üçün genişmiqyaslı axtarış əməliyyatı aparılır. İşlərə dəniz qüvvələri, su polisi, liman və naviqasiya xidmətlərinin əməkdaşları cəlb olunub.
İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyinin məlumatına görə, 102 nəfər xilas edilib, 1 nəfər isə həyatını itirib. Gəmi Surabayadan Banjarmasihə doğru hərəkət edərkən hava şəraitinin pisləşməsi nəticəsində qəzaya uğrayıb. Axtarış-xilasetmə əməliyyatları davam edir.
ƏLAQƏLİ
VACİB"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - VİDEO
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİB"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - VİDEO
Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb
Türkiyədə səkkiz nəfəri qətlə yetirən şəxsin ifadəsi ortaya çıxdı
ABŞ-ın varlı şəhərində dəhşətli hadisələr: Ölənlər arasında türklər də var
Avropada daha bir sərnişin təyyarəsində bomba həyəcanı: təcili eniş
Bakı Humanitar Kollecində tələbə bıçaqlanıb
Bakıda üzərindən maşın keçən ana və körpənin son durumu