Zaqatalada itkin düşən çobanın meyiti tapılıb
Zaqatalada itkin düşən çobanın meyiti tapılıb.
Minval.İnfo-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərinə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə davam edən axtarışlar zamanı 21 iyul 2018-ci il tarixində axtarışların aparıldığı ərazidə naməlum şəraitdə itkin düşmüş, 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən aşkar olunub. Hazırda Q.İbrahimovun meyitinin dağdan endirilməsi üzrə tədbirlər davam etdirilir.
Yüksək, çətin keçilən mürəkkəb relyefli ərazidə aparılan axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi, kinoloqları və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin “Mi-17” helikopteri, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti və helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları, yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.
Əlavə məlumat veriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hüseynin maşınından 1 milyonluq əşyalar oğurlanıb
DSX saxta pasportla Avropaya getmək istəyən 25 nəfəri saxladı
34 yaşlı kafe sahibi itkin düşüb
Toy günü intihar edən Aysunun - Fotosu
