06.09.2022 - 12:33
Gündəm
23 baxış
Zakir Qaralovun hansı ölkədə olduğu bilindi
Sabiq Baş prokuror Zakir Qaralovun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məlumatlar yayılıb.
“Minval.info”nun məlumatına görə, məsələ ilə bağlı Z.Qaralovun ailə üzvü Manset.az-a açıqlama verərək bildirib ki, “sabiq Baş prokuror hazırda Türkiyədədir. O, bir müddətdir ki, ailəsi ilə birlikdə qardaş ölkədə istirahət edir. Onun ölkədən çıxışına “Stop” qoyulmayıb. Bu məlumatlar yanlışdır.”
Xatırladaq ki, Baş Prokurorluq Zakir Qaralovun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məlumatları təkzib edib.
“Sabiq Baş Prokuror Zakir Qaralovun ölkə xaricinə çıxışına qadağa qoyulması ilə bağlı məlumat Baş Prokurorluq tərəfindən təsdiq edilmir”, – deyə qeyd olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
08.09.2026 - 13:18
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
27.08.2026 - 23:45
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
21.08.2026 - 08:00
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı
12.08.2026 - 11:39