16.12.2021 - 18:52
Hərbi xəbər
17 baxış
Zakir Həsənov azad edilmiş ərazilərə getdi, tapşırıqlar verdi
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.Bu barədə Minval.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad olunmuş ərazilərdə yeni inşa edilmiş hərbi infrastruktur obyektləri ilə tanış olub.
Müdafiə nazirinə məruzə olunub ki, modul tipli yerləşmə məntəqəsi hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz edilib. Burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı və fasiləsiz elektrik enerjisi ilə təmin edən generatorlar mövcuddur. Kompleks mərkəzləşdirilmiş istilik sistemi, işıq və su ilə təchiz edilib.
Nazir azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
Sonra Müdafiə naziri hərbi hissələrin birində yeni tikilmiş qarovul şəhərciyinin açılış mərasimində iştirak edib.
Bildirilib ki, qısa müddət ərzində müasir standartlara uyğun inşa edilən qarovul evində xidmətin yüksək səviyyədə təşkil olunması və aparılması üçün hərtərəfli şərait yaradılıb.
Binada mərkəzləşdirilmiş istilik sistemi, siqnalizasiya və yanğın əleyhinə sistemlər quraşdırılıb.
Qarovul şəhərciyinin ərazisində abadlıq və quruculuq işləri görülüb, asfalt örtüyü döşənib və yaşıllıq sahəsi salınıb.
Sonda Müdafiə naziri döyüş növbətçiliyinin və qoşun xidmətinin təşkili ilə bağlı tapşırıqlar verib, şəxsi heyətə xidmətdə uğurlar arzulayıb.
https://youtu.be/WFcRaK5fZuI?t=11

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orduda maaş sistemi yenilənir: 13 və 14 ləğv!
14.09.2026 - 10:49
Husilərdən Səudiyyə hərbi bazasına raket hücumu
13.09.2026 - 13:49
2026-cı ilin avqustu: İqlim rekordları qırıldı
10.09.2026 - 18:51
Hörmüz boğazında ticarət gəmisinə hərbi müdaxilə
09.09.2026 - 23:43
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
08.09.2026 - 14:07
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir
08.09.2026 - 11:54
Şəhid anası Gülçöhrə İsayeva vəfat etdi
08.09.2026 - 10:02
Almaniyada müharibə bombası: 5 min nəfər təxliyə olunur
06.09.2026 - 22:20













