Zahid Sabirabadlının həyat yoldaşı efirdə krediti üçün pul istədi
Dünyasını dəyişən klarnet ifaçısı Zahid Sabirabadlının həyat yoldaşı Leyli “Bizimləsən” verilişinə gələrək kömək istəyib.
“Dərgi.az”ın xəbərinə görə, övladı ilə proqrama qatılan Leyli evinin ipoteka krediti üçün kömək istəyib:
“Ailəsinə yaxşı baxırdı, ondan narazıçılığım olmayıb. Xəstəlikdən əziyyət çəkirdi, qazancı ona gedirdi. Amma birotaqlı ev almışdıq. İpoteka krediti idi, 3 illikdir. Vaxtımız bitdi, Zahid 6 ay vaxt almışdı. Zahidin 40-na qədər vaxt veriblər. 13 min borcumuz qalıb, ödəməsək, satışa çıxaracaqlar. Zahidi sevənlərdən dəstək istəyirəm, gücü çatan yardım etsin. Bura gələndə də çox tərəddüt edirdim, amma əlacım qalmadı”.
Leyli xalq artisti Aftandil İsrafilovun onun həyat yoldaşı haqqında dediyi “Narkomanların yasına getmirəm” kəlməsinə münasibət bildirib:
“Ayıbdır. Getməmisən, denən gedə bilməmişəm. O sözün yeri yox idi. Zahid sinir xəstəliyindən əziyyət çəkirdi. Ürəyindən oldu, yatdı ayılmadı”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hasil Abbasovdan Zeynəb Zamanovaya yeni vəzifə
Cəlilabadda su qıtlığı: Fermerlər çarəsiz qalıb
Şəhid ailələrinə 36 yeni mənzil təqdim edildi
Əlillik təyinatı: 35,3 min şəxsə yeni qərar
265 min şəxs məşğulluq tədbirləri ilə əhatə olundu
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?