10.02.2023 - 14:57
Gündəm
36 baxış
Zəlzələdə ürək parçalayan görüntü: Qızından ayrılmayan ata danışdı
Türkiyə dünyanın müxtəlif ölkələrindən gələn yardım qruplarının dəstəyi ilə fəlakətin yaralarını sağaltmağa çalışarkən, Fransa xəbər agentliyi AFP-nin çəkdiyi fotolar beynəlxalq ictimaiyyətdə böyük kədərə səbəb olub. AZXEBER.COM xəbər verir ki, qızını dağıntılar altında qoymayan ata Almaniya mətbuatına danışıb.
“Yer titrəyən zaman çörək sexində çalışırdım. Dərhal həyat yoldaşıma zəng etdim, iki qızımın və oğlumun yaxşı olduqlarını söylədi. Ancaq həmin gecə kiçik qızım nənəsigildə qalmışdı. Nənəsigilə qohumlarımız gəlmişdilər və İrmak da onlarla bərabər qalmaq istəmişdi”.
M.Hançer qızına zəng etdiyini, lakin cavab ala bilmədiyini bildirib:
“Çox dua etdim, ancaq qızımı itirdim. Mən şahzadəmi xilas etmək üçün yalın əllə qazmağa çalışdım, ancaq çıxara bilmədim”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
14.10.2026 - 23:00
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
10.10.2026 - 16:48
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
10.10.2026 - 15:48
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
10.10.2026 - 12:18
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda
09.10.2026 - 12:28
Paşinyan Azərbaycan dilində mahnı ilə video paylaşdı
09.10.2026 - 10:38