28.06.2018 - 00:45
İdman
20 baxış
"Yuventus" "Valensiya"nın müdafiəçisini transfer edib
İspaniyanın “Valensiya” klubunun müdafiəçisi Joau Kanselu karyerasını İtaliya “Yuventus”unda davam etdirəcək.
“Report” xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, 24 yaşlı portuqaliyalı futbolçu 30 iyun 2023-cü ilə qədər Turin komandası ilə müqavilə imzalayıb.
“Yuventus”un mətbuat xidmətinin məlumatına görə, klub oyunçuya görə “Valensiya”ya 40,4 milyon avro ödəyəcək. Turinlilər bu məbləği növbəti üç ildə bir neçə dəfəyə ödəyəcəklər.
Kanselu ötən mövsümü icarə əsasında İtaliya “İnter”ində keçirib. O, 26 oyunda 1 dəfə fərqlənməyi bacarıb və 3 məhsuldar ötürmə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nizami City: Şəhərin mərkəzində yeni həyat ünvanı
10.09.2026 - 18:02
Messi və Ronaldu eyni komandada oynayacaq!
08.09.2026 - 12:36
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir
08.09.2026 - 11:26
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
06.09.2026 - 16:16
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
05.09.2026 - 23:07
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
05.09.2026 - 19:30
Sabah və Zirə liderlik üçün üz-üzə!
05.09.2026 - 09:42
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır
05.09.2026 - 09:21