Yunus Səfərovun xanımı bu dəfə video-müraciət yaydı: "Yunislə mən..."
“Youtube”da Gəncədə icra başçısına qarşı sui-qəsd törədən Yunis Səfərovun xanımı olduğu iddia edilən bir qadının ikinci videosu yayılıb.
Minval.info xəbər verir , bu video-görüntüdə xanım bildirib ki, icra başçısını güllələyən Yunisin həyat yoldaşıdır: “İiki gün öncə sosial şəbəkələrdə səs yazım yayılmışdı. Buna inanmayanlar olmuşdu. Qərara aldım ki, video görüntü ilə sizə yenidən müraciət edim ki, mənə inanasınız”. Daha sonra xanım Yunisin köhnə pasportunu və evlilik şəhadətnaməsini sübut olaraq göstərir.
Minval.info bildirir ki, həmin xanımın yeni video – müraciəti onun əvvəlki mesajlarını düzəltmək məqsədi daşıyır. Belə ki, özünün ilk (audio) müraciətində xanım birmənalı olaraq bəyan edirdi ki, həyat yoldaşı bu addımı dini motivlərlə atıb. İndi isə həmin bəyanı dəyişərək, bildirir ki, bu, camaata görə baş verib.
Xanım Yunis və özünün İranda olması faktına da toxunub. Bildirib ki, onlar İranda ziyarət amaclı olublar.
Görünən budur ki, Yunis Səfərovun xanımının məsləhətçiləri səhv etdiklərini anlayıblar və bunu düzəltməyə çalışırlar.
Minval.info bildirir ki, xanımın müraciəti qapalı bir otaqda hazırlanıb. Bunun hansı ölkə olduğu isə bilinmir.
Biz Azərbaycana qarşı terror hazırlayanların əməllərinə dəstək və tribuna verməmək üçün bu videonu yaymırıq. Lakin onu bilirik ki, Yunis Səfərov da, onun xanımı da xarici güclərin Azərbaycana qarşı pis oyunlarında bir alətdirlər.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həmkarlarından Fazil Mustafaya sərt cavablar - Qalmaqal böyüyür
Abel Məhərrəmovun İspaniyadakı son çıxışı - Video
Tramp İran barədə qərarından son anda imtina edib
Ermənilər Tovuzun Dondar Quşçu kəndini D-30 topundan atəşə tutub
DİN “Fairmont Baku”da saxlanılanlarla bağlı məlumat yaydı - FOTO, VİDEO
Vasif Talıbovla Əli Həsənovun ortaq "Dubay biznesi"