Meta-dan yeni süni intellekt: Muse iş başında!
Meta şirkəti, istifadəçilərin adından müxtəlif tapşırıqları yerinə yetirə bilən yeni süni intellekt agenti ‘Muse’u təqdim edib. Bu yeni texnologiya, adi çatbotlardan fərqli olaraq, istifadəçilərin tapşırıqlarını müstəqil şəkildə icra etmək qabiliyyətinə malikdir.
Minval.info xəbər verir ki, ‘Muse’ elektron məktub göndərmək, səyahət rezervasiya etmək, internetdə formaları doldurmaq və alış-veriş etmək kimi işləri həyata keçirə bilir. İstifadəçilərlə həm xüsusi tətbiq, həm də WhatsApp vasitəsilə əlaqə saxlayan bu sistem, təsdiq tələb edən əməliyyatlar zamanı istifadəçidən icazə istəyəcək.
Süni intellekt agenti ilkin mərhələdə ABŞ-də iOS və Android istifadəçiləri üçün istifadəyə verilib. Əsas funksiyalar pulsuz təqdim olunur, daha geniş imkanlar üçün isə ödənişli abunə modelləri nəzərdə tutulur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır