Şəkidə ziplayn faciəsi: Mərkəzdən ilk açıqlama
Şəkidə baş verən və iki gəncin həyatını itirməsi ilə nəticələnən ziplayn qəzası ilə bağlı ‘Şəki yaylası’ istirahət mərkəzi açıqlama yayıb. Mərkəz, hadisə ilə bağlı səslənən qırılma iddialarına cavab olaraq, öz ‘Instagram’ səhifəsində video paylaşaraq, ziplayn xətlərində hər hansı bir qırılmanın olmadığını bildirib.
Minval.info xəbər verir ki, mərkəzin nümayəndəsi videoda ziplayn xətlərinin böyük hündürlükdən keçdiyini və bu səbəbdən sərt külək və burulğanların yarandığını qeyd edib. Dalğalanmalar nəticəsində xətlərin böyük yük altında olmasına baxmayaraq yatağından çıxdığını, lakin sağlam formada dəmir hissəciklərə və beton maneələrə bağlandığını vurğulayıb. Ziplaynın özünü kilidləmə mexanizminin olduğunu və yalnız 90 dərəcə dəyişəndən sonra açıldığını əlavə edib. Bu hadisənin necə baş verdiyinin onlar üçün də qaranlıq olduğunu və ekstrim idman növü olduğu üçün belə bir acı təcrübə ilə ilk dəfə qarşılaşdıqlarını bildirib.
Mərkəz rəsmisi həmçinin ziplaynın gəliş və gediş xətlərinin eyni qülləyə bərkidildiyini də qeyd edib.
ƏLAQƏLİ
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı
Qonşu bunu edirsə, 2500 manat cərimə olunacaq
Qəza törətməkdə təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya olunacaq
İspaniyada qatar qəzasında ölənlər arasında 4 amerikalı var
"İnci" körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi
Salyanda dəhşətli qəza: iki nəfər həyatını itirib
Moped və velosiped sürənlərə xəbərdarlıq