Xətaidə açıq kanalizasiya quyusu təhlükə saçır
Xətai rayonunun Musa Əsgərov küçəsində yaranan kanalizasiya problemi sakinlərin narahatlığına səbəb olub. Təxminən bir metr dərinliyində qazılan quyu, bir aydan artıqdır ki, açıq vəziyyətdə qalaraq ərazidə yaşayanlar üçün təhlükə yaradır. Sakinlər bildirirlər ki, kanalizasiya xəttinin çəkilişi üçün lazım olan borular və digər ləvazimatlar gətirilsə də, işlər tamamlanmayıb.
Minval.info xəbər verir ki, sakinlər bir neçə gün əvvəl kanalizasiya xəttindən çirkab suların küçəyə axdığını qeyd ediblər. Aidiyyəti qurumlara müraciət edildikdən sonra müəyyən işlər görülsə də, problem tam həll olunmayıb. Açıq qalan quyu, xüsusilə gecə saatlarında uşaqlar üçün ciddi təhlükə yaradır. Quyuda suyun toplanması torpaq səddinin yuyulmasına səbəb olub və bu vəziyyət davam edərsə, yol örtüyünün çökməsi riski də mövcuddur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"