Kadırovdan saqqal və qısa şalvar qadağası!
Çeçenistanın rəhbəri Ramzan Kadırov, regionun güc strukturlarının rəhbərləri ilə keçirdiyi iclasda kişilərin uzun saqqal saxlaması və qısa şalvar geyinməsini tənqid edib. O, bu cür geyim tərzinin gənclər arasında yanlış meyllər yaratdığını bildirib.
Minval.info xəbər verir ki, Kadırov, uzun saqqal saxlayanların əksəriyyətinin cümə namazlarına və məscidlərə getmədiyini, əksinə küçələrdə vaxt keçirərək avaraçılıqla məşğul olduqlarını qeyd edib. O, həmçinin çadra geyinməyə başlayan çeçen qadınlarına da müraciət edərək, milli və dini dəyərlərə uyğun geyinməyə çağırıb. Kadırov, Çeçenistanda çadra örtmək ənənəsinin olmadığını vurğulayıb.
Konfliktoloq Üzeyir Şəfiyev, Kadırovun bu bəyanatının ənənəvi çeçen cəmiyyətinin davamlılığının qorunmasına yönəldiyini bildirib. O, gənclərin dini mahiyyətdən irəli gələrək geyinməsini, bunu dəb halına gətirməmələrini istəyir. Bu çağırışla milli kimliyi və ənənəvi cəmiyyəti qoruyub saxlamaq məqsədi güdür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"