23.10.2026 - 14:24
Hövsan Yarış Kompleksi FIFA U-15 dünya çempionatına tam hazırdır
İdman 215 baxış

Hövsan Yarış Kompleksi FIFA U-15 dünya çempionatına tam hazırdır

Hövsan Yarış Kompleksi FIFA U-15 dünya çempionatı və festivalına tam hazırlığını tamamlayıb. Baku.ws-ə AFFA-dan verilən məlumata görə, Bakı bu günlərdə tarixdə ilk dəfə keçiriləcək bu möhtəşəm tədbirə ev sahibliyi edəcək.

Yarışa dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaların komandaları qatılacaq. Turnirdə ümumilikdə 4000-ə yaxın gənc futbolçu, məşqçi və rəsmi şəxs iştirak edəcək. Çempionat çərçivəsində 1000-ə yaxın oyun keçiriləcək ki, bunların əksəriyyəti Hövsan Yarış Kompleksində baş tutacaq. Kompleksdə 10 futbol meydançası eyni anda 20 oyunun keçirilməsinə imkan verir və yarışın yüksək səviyyədə təşkili üçün lazım olan bütün infrastruktur yaradılıb.

U-15 dünya çempionatı və festivalı 24-30 oktyabr tarixlərində Hövsan Yarış Kompleksində baş tutacaq. Turnirin açılış və final mərasimləri Bakı Kristal Zalında keçiriləcək.

Azərbaycan millisinin ilk oyunu oktyabrın 24-də saat 19:30-da “Crystal Hall”da Timor-Leste yığmasına qarşı olacaq. Komandamızın növbəti oyunları isə oktyabrın 25-də Andorra və Avstraliya ilə, oktyabrın 26-da isə İsrail və Haiti ilə Hövsan Yarış Kompleksində keçiriləcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: