Karlsen Barselonada yeni şahmat turnirini elan etdi
Məşhur norveçli şahmat ustası Maqnus Karlsen yeni bir şahmat turnirinin yaradıldığını elan edib. Publika.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Turnir MOVE Kuboku adlanır və Barselonada keçiriləcək. Yarışın əsas məqsədi şahmatı daha geniş kütləyə tanıtmaq və yeni tamaşaçıları cəlb etməkdir.
Karlsen təqdimat mərasimində çıxış edərək qeyd edib ki, “Azarkeşlər üçün cəlbedici şahmat turnirləri təşkil etməliyik və bu, şübhəsiz ki, onlardan biri olacaq. Biz ən yaxşı oyunçuların dinamik və həyəcanlı bir oyunda yarışmasını istəyirik”.
İlk turnirin 18-20 yanvar tarixlərində keçirilməsi planlaşdırılır və mükafat fondu 300.000 avro təşkil edir. Turnirdə səkkiz şahmatçı sürətli şahmat oynayacaq və yarış pley-off finalı ilə sona çatacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Klopp "el klasiko"da hansı komandaya azarkeşlik edəcəyini açıqladı
Messi karyerasının zirvəsini açıqlayıb
Hövsan Yarış Kompleksi FIFA U-15 dünya çempionatına tam hazırdır
Ailəm bütün bunlardan çox əziyyət çəkib
Bu təşkilatdan şok iddia: “Siti”ni Şeyx Mənsurun əlindən ala bilərik
“Real” Arda ilə bağlı bəyanat yaydı: Bu sistemə qarşıyıq
PSJ-nin ulduz oyunçusu Kvaratsxeliya ciddi zədə alıb