Yüksək pensiya xəyal deyil: Uzunmüddətli rəsmi iş və sosial sığorta sirrləri
Azərbaycanda pensiya məbləği fərqli amillərə görə dəyişir və hər kəs üçün eyni deyil. Yüksək pensiya əldə etməyin əsas yollarından biri uzun müddət rəsmi iş təcrübəsinə malik olmaq və yüksək əməkhaqqı almaqdır. Bu, işəgötürən tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının vətəndaşın fərdi hesabında toplanması ilə əlaqədardır və gələcəkdə pensiya məbləğinin formalaşmasına birbaşa təsir edir.
Minval.info xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bu məsələyə dair açıqlama verib. O bildirib ki, pensiya məbləğini müəyyən edən əsas göstəricilərdən biri fərdi hesabda yığılan pensiya kapitalıdır.
Nəsirli qeyd edir ki, rəsmi əmək müqaviləsi ilə çalışan və əməkhaqqısı tam rəsmiləşdirilən şəxslərin sosial sığorta ödənişləri yüksək olur və bu da onların pensiya kapitalının daha çox formalaşmasına səbəb olur. Bu isə gələcəkdə daha yüksək pensiya almaq imkanını artırır. Uzun illər fasiləsiz çalışan və əmək münasibətlərini rəsmi qaydada rəsmiləşdirən şəxslər isə pensiya hüququnun formalaşması və məbləği baxımından daha əlverişli mövqedədirlər.
O əlavə edib ki, bəzi peşə və fəaliyyət sahələri üzrə qanunvericilikdə nəzərdə tutulan xüsusi şərtlər də pensiya hüququna təsir edə bilər. Dövlət tərəfindən aparılan indeksləşdirmə nəticəsində isə pensiyalar artırılır ki, bu da pensiyaçıların gəlirlərinin inflyasiyanın təsirindən qorunmasına xidmət edir.
Ekspert vurğulayıb ki, yüksək pensiya almaq üçün əsas şərtlər arasında uzunmüddətli rəsmi məşğulluq, yüksək rəsmi əməkhaqqı, sosial sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsi, kifayət qədər pensiya kapitalının formalaşdırılması və qanunvericilikdə nəzərdə tutulan tələblərin yerinə yetirilməsi yer alır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda mənzil bazarında qiymət "dalğası": Kiçik evlər bahalaşır!
Abşeron çimərliklərində küləklər dəyişir: Avqustun 4-də hava necə olacaq?
Kitabxanalar niyə boş qalıb? – Köhnə sistemin çöküşü və yeni çağırışlar
Bakıda isti hava dalğası: 38 dərəcəlik rekord istilik gözlənilir!
Xankəndidə yeni teleqüllə: Qarabağda yayım inqilabı baş verir
"Sabah" Çempionlar Liqasında həlledici sınaqda: Rəqib bu gün bəlli olacaq