Yoxa çıxmış futbolçunun meyiti tapıldı – Foto
Futbolçunun və təyyarəni idarə etmiş pilotun qohumları ekspertizanın nəticələri haqqında xəbərdar edilib.
Dorset qraflığının polisi qəzaya uğramış təyyarənin qalıqlarının çıxarıldığını və argentinalı futbolçu, Uelsin “Kardiff Siti” klubunun futbolçusu Emiliano Salanın cəsədinin Britaniyanın Portlend limanına çatdırıldığını təsdiqləyib.
Minval.info xəbər verir ki, Portlend limana çatdırılan cəsədin peşəkar futbolçu Emiliano Salanın meyiti olması rəsmi şəkildə müəyyən edilib.
Futbolçunun və təyyarəni idarə etmiş pilotun qohumları ekspertizanın nəticələri haqqında xəbərdar edilib. Faciənin başvermə şəraitinin araşdırılması davam edəcək.
Cümə axşamı xilasedicilər Emiliano Sala və pilot Devid İbbotson olduqları güman edilən cəsədləri parçalanmış təyyarədən çıxarıblar.
Təyyarənin özü isə bazar ertəsi tapılıb.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!