19.09.2026 - 11:41
Dünya 13 baxış

Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu

Abşeron Logistika Mərkəzində rəhbər vəzifədə çalışan Elşad Namazov vəzifəsindən ayrılıb. O, bu barədə şəxsi paylaşımında məlumat verib. Elşad Namazov, mərkəzdəki 8 illik fəaliyyətini tamamladığını qeyd edib.

Minval.info xəbər verir ki, Elşad Namazov, “8 il çalışdığım Abşeron Logistika Mərkəzində artıq missiyamı tamamladım. Bu, sadəcə bir vidalaşma deyil, həm də 8 illik təcrübənin, inkişafın, dostluqların və dəyərlərin xatirəsidir. Bu illər ərzində Abşeron Logistika Mərkəzində böyük hədəflərin reallaşdırılmasında, strateji layihələrin həyata keçirilməsində və güclü komandanın formalaşdırılmasında iştirak etmək mənim üçün qürurvericidir”, – deyə bildirib.

Qeyd edək ki, Elşad Namazov 2018-2024-cü illərdə Abşeron Logistika Mərkəzində Marketinq və Kommunikasiya şöbəsinin müdiri, 2024-cü ildən etibarən isə Marketinq və Kommunikasiya Departamentinin direktoru vəzifəsində çalışıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: