08.02.2018 - 17:04
Ölkə
19 baxış
Yol polisindən bir İLK: Xanım polislər reydə başladı - VİDEO - FOTO
Bu gün yol patrul xidməti əməkdaşları qayda pozan piyadalara qarşı reyd keçirib. İlk dəfə olaraq reyddə YPX-nın qadın əməkdaşı iştirak edib. Polis serjantı Turan Daşdəmirova reyd zamanı qaydaları pozan xanım piyadaları saxlayıb. Bəzilərinə xəbərdarlıq olunub, bir sıra piyadalara inzibati qaydada cərimə tətbiq edilib.Minval.info Avtosfer.az-a istinadən xəbər verir ki, bəzi xanım piyadalar “nişanı görmədim”, “həkimdən gəlirəm”, “belim ağrıyır keçidə girə bilmirəm” kimi bəhanələrlə məsuliyyətdən yayınmağa çalışıblar. Reyd Bakının 20 Yanvar dairəsində, Bayraq meydanının yaxınlığında, Azadlıq meydanının ətrafında və Nobel prospektində keçirilib. Keçidlərin ətrafından yolu keçən piyadalar saxlanılıb, onlara hüquq və vəzifələri izah olunub. 100-ə yaxın piyadadan 30-na cərimə yazılıb, digərlərinə xəbərdarlıq edilib.
Ən biabırçı vəziyyət Nobel prospektində müşahidə olunub. Burada yerüstü keçidlərin altından yolu keçərək qəza şəraiti yaradan piyadaların əksəriyyəti gənclər olub. Onların bəziləri qaçsa da, çoxuna cərimə yazılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
23.10.2026 - 12:34
Metronun bu stansiyası yenidən açılır
23.10.2026 - 11:24
Milli Qəhrəman Ehtiram Əliyev xəstəxanaya yerləşdirildi
23.10.2026 - 11:14
"Həzi Aslanov" metrostansiyasında dalanın yenidən qurulması yekunlaşıb
22.10.2026 - 14:14
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
21.10.2026 - 14:14
Sabahdan bəzi yerlərdə leysan yağacaq
20.10.2026 - 15:34
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
19.10.2026 - 15:34








