Yol polisi sükan arxasında halı pisləşən sürücünü belə xilas etdi -
Bu gün Qarabağ rayonu ərazisində yerləşən YPX postunun yaxınlığında avtomobilin yolun kənarında dayanması və sürücünün halının pisləşməsi barədə posta məlumat daxil olub.
Minval.info Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları hadisə yerinə gedib. Sürücünün huşsuz vəziyyətdə sükan arxasında olduğunu görüblər. Dərhal təcili yardıma zəng ediblər. Hadisə yerinə gələn həkimlər sürücüyə tibbi yardım göstərib. Sürücünün ağır xəstəliyi olduğu üçün ona müxtəlif dərmanlar verilib.
Daha sonra həkimlər bildiriblər ki, xəstəyə təcili qida lazımdır. Bundan sonra postun əməkdaşları onu YPX postuna dəvət edib, ona yemək və su verilib.
https://youtu.be/H1hsgZYmo1M
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gəncədə sürət qəzaları: Sakinlər təşviş içində!
Kenan və Beren 3 milyonluq villa axtarışında
FHN Zaqatalada yanğın təlimi keçirdi
Nepalda faciə: Həlak olanların sayı artır
Bədənlər -196°C-də: Ölüm sonrası həyat ümidləri
Bakıda mənzil alarkən qazancın sirri açıqlandı
Bərdədə ürəyi dayanan kişi möcüzəvi xilas edildi