Yevlaxda kasetli bomba partlayıb, ölən var
Yevlax rayonunda Vətən müharibəsi dövründə ermənilərin atdığı kasetli bombanın partlaması ölümlə nəticələnib.
“Report”un Qarabağ bürosunun məlumatına görə, hadisə səhər saatlarında, rayonun Aran qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini, 26 yaşlı İsmayıl Mikayılov qoyun otararkən orada gördüyü naməlum əşyaya toxunub.
O, həmin əşyanın üzərinə çıxıb və qəfildən partlayış baş verib. İ.Mikayılov aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları cəlb olunub.
Ölən şəxsin meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yevlax rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yanğın təhlükəsi: Sakinlər kömək istəyir!
Hindistanda 5G problemi: Texniki işçi girov götürüldü
Boris Conson Ukraynada dron hücumuna yaxın oldu
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var