Yevlaxda 13 yaşlı qardaşı qızını qaçıran şəxs həbs edilib
Yevlaxda 13 yaşlı qızı qaçıran əmisi Elçin Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib.
Minval.info xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Qeyd edilib ki, faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3 (On dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə) və 152.2-ci (On dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə cinayət işi başlanılıb.
E.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib, istintaq davam etdirilir.
Qeyd edək ki, dekabrın 13-də Yevlax rayon sakini İ.Mustafayev qızı Ə.M. və qardaşı Elçin Mustafayevin itkin düşməsi ilə bağlı Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib. RPŞ-də dərhal müvafiq tədbirlərə başlanılıb.
Polis əməkdaşları tərəfindən E.Mustafayevin qardaşı qızı Ə.M-nı Bakı şəhərinə apardığı müəyyənləşdirilib. Keçirilən tədbirlərlə onların qaldıqları yer aşkar olunaraq Yevlax RPŞ-nə gətiriliblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda piyadanı vurub qaçan sürücü tutuldu - YENİLƏNİB
Koronavirusu yayan gənc 5 illik həbs edildi
Bakı sakininə qarşı 256 min dollarlıq dələduzluq edilib
Bakıda məktəb direktoru öldü - Foto
Beyləqanda dəhşətli qəza: 3 yaşlı uşaq dünyasını dəyişdi
Bakıda əri tərəfindən döyülən gənc qadın xəstəxanada öldü
Masazırda ağır qəza: Sərnişin dolu avtobus divara çırpıldı (VİDEO)