"Yetimçiliklə böyümüşəm"- 29 yaşlı Tahirə 9 il cəza kəsildi
Bakıda külli miqdarda narkotik satmaqda ittiham edilərək həbs edilən gənc hakim qarşısına çıxarılıb.
Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitənin satışında və istifadəsində ittiham edilən 1990-cı il təvəllüdlü Tahir Hümbətovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror Tahir Hümbətovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
T.Hümbətovun vəkili müdafiə çıxışında deyib ki, müdafiə etdiyi şəxs narkotik satışında özünü təqsirli bilmir: “Tahir narkotik istifadəçisi olduğunu etiraf edir. O bildirib ki, saxlanılan zaman onun üzərində 450 qram yox, 2 qram heroin olub”.
Son sözündə Tahir Hümbətov da narkotik satışı ilə məşğul olmadığını deyib: “Mən yetimçiliklə böyümüşəm. Xahiş edirəm ki, mənə narkotik istifadəçisi kimi cəza təyin edəsiniz”.
Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən T.Hümbətov 9 il müddətində azadlıqdan məhrum edilib.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Qeyd edək ki, Tahir internat evində böyüyüb. Onun məhkəmə iclaslarına heç bir yaxını gəlməyib.
İlkin Muradov
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var