Yerin maqnit sahəsi qərarlarımızı necə yönləndirir? – Koreyalı alimlərdən maraqlı tədqiqat
Yerin maqnit sahəsinin insanın qərarvermə prosesinə təsir edə biləcəyi iddia edilir.
Cənubi Koreyanın Kyunqbuk Milli Universitetinin alimləri tərəfindən aparılan araşdırma bu mövzuda yeni məlumatlar ortaya qoyub. Minval.info xəbər verir ki, tədqiqatın nəticələri “Frontiers in Neuroscience” jurnalında dərc edilib.
Araşdırmada 108 könüllü iştirak edib və onlara Koreyanın ənənəvi “qo” oyununa bənzər sadələşdirilmiş bir oyun oynamaq tapşırılıb. İştirakçılar təsadüfi olaraq qara daşları seçməli idilər.
Təcrübələr zamanı Yerin maqnit sahəsi ya normal vəziyyətdə saxlanılıb, ya da demək olar ki, tamamilə neytrallaşdırılıb. İştirakçılar isə hansı şəraitdə olduqlarını bilmədən seçim ediblər. Maqnit sahəsi neytrallaşdırıldıqda iştirakçılar qara daşları daha az seçiblər, lakin maqnit sahəsi normal olduqda bu fərq müşahidə edilməyib.
Maraqlıdır ki, iştirakçıların 98 faizi təcrübə zamanı hər hansı bir dəyişiklik hiss etmədiklərini bildiriblər. Alimlər bu nəticələrin insan orqanizminin Yerin maqnit sahəsini müəyyən formada qəbul edə biləcəyinə işarə etdiyini düşünürlər, lakin bu məlumatın şüur səviyyəsinə çatması mütləq deyil.
Tədqiqatçılar hələ bu təsirin hansı mexanizmlə baş verdiyini müəyyən edə bilməyiblər. Ehtimallara görə, bəzi heyvanlarda maqnit istiqamətlənməsində rol oynayan kriptoxrom zülalları və insan beynində aşkar edilmiş mikroskopik maqnetit hissəcikləri bu prosesdə iştirak edə bilər.
Bununla belə, alimlər bu nəticələrin insanlarda tam formalaşmış “maqnit hissinin” mövcudluğunu sübut etmədiyini vurğulayırlar. Yerin maqnit sahəsinin gündəlik davranışımıza və ya mühüm qərarlarımıza təsir edib-etmədiyi də hələlik məlum deyil. Bu suala cavab tapmaq üçün əlavə araşdırmalara ehtiyac var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Abituriyentlər üçün həyəcanlı həftə: İxtisas seçiminə start verildi
Təhsil sənədləri artıq "myGov"da: Yeni funksiya istifadəyə verildi
Məktəbə hazırlıq başlayır: Uşaqların yuxu rejimi necə tənzimlənməlidir?
Ali məktəblərə ixtisas seçimi BAŞLAYIR
Təhsil sənədləri cibinizdə: Elektron attestatlar artıq mygov platformasında!
Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı