Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
Azərbaycan Mətbuat Şurası, Türkiyənin bəzi media resurslarında və sosial şəbəkələrdə ölkəmizə qarşı yayılan qərəzli məlumatları və manipulyasiya kampaniyalarını narahatlıqla izlədiyini bildirib. Bu barədə Baku.ws-ə Şuradan məlumat verilib.
Şura qeyd edir ki, son günlər Azərbaycanda baş verən hadisələrin yanlış kontekstdə təqdim edilməsi və təsdiqlənməmiş iddiaların fakt kimi yayılması jurnalistikanın prinsiplərinə ziddir. Xüsusilə, ölkəmizin təhsil məsələləri ilə bağlı yanlış məlumatların yayılması, “hicab qadağası” və dini dəyərlərin sıxışdırılması ilə bağlı əsassız iddialar narahatlıq doğurur.
Bildirilib ki, bu kimi yanaşmalar nə obyektiv jurnalistika prinsiplərinə, nə də iki qardaş ölkə arasındakı strateji münasibətlərin ruhuna uyğundur. Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırır.
Şura, həmçinin, bu cür manipulyativ kampaniyaların iki ölkə arasındakı münasibətlərə zərər verə biləcəyini və həqiqətin təhrifinə qarşı prinsipial mövqeyinin davam edəcəyini bəyan edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir