19.10.2026 - 17:34
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Dünya 115 baxış

İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək

Amerikalı milyarder İlon Mask 2027-ci ildə ABŞ-də yaşayan hər bir uşağa “SpaceX” şirkətinin səhmlərindən birini hədiyyə edəcəyini açıqlayıb. Baku.ws-ın məlumatına görə, bu qərarı Mask “X” sosial şəbəkəsindəki hesabı vasitəsilə elan edib.

Maskın sözlərinə görə, bu təşəbbüs gələcəkdə həyata keçirilməsi planlaşdırılan oxşar layihələrin ilk addımı olacaq. O, bu addımla uşaqların texnologiya və kosmos sahəsinə marağını artırmağı hədəflədiyini deyib.

“SpaceX” şirkəti 2002-ci ildə İlon Mask tərəfindən qurulub və kosmik aparatların, daşıyıcı raketlərin və peyk sistemlərinin istehsalı ilə məşğuldur. 2026-cı ildə şirkət Maskın digər layihəsi “xAI” ilə birləşib.

Xatırladaq ki, daha əvvəl “SpaceX” səhmlərinin dəyərinin azalması nəticəsində İlon Maskın sərvətində ciddi eniş baş vermişdi. “Forbes” jurnalının məlumatına əsasən, oktyabrın 13-də Maskın sərvəti təxminən 26,3 milyard dollar azalıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: