19.10.2026 - 17:54
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
İdman 217 baxış

Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün

UFC-nin tanınmış çempionu, rusiyalı Petr Yan ailəsi ilə birlikdə Əbu-Dabiyə yola düşüb. Publika.az xəbər verir ki, Yanın növbəti döyüşü oktyabrın 24-də UFC 333 turnirində gürcüstanlı Merab Dvalişvili ilə baş tutacaq.

33 yaşlı Petr Yan, qarışıq döyüş sənətində peşəkar debütünü 2014-cü ildə edib və 2018-ci ildən etibarən UFC-də mübarizə aparır. 2020-ci ildə çempionluq qazanan Yan, 2025-ci ildə isə ikiqat çempion titulunu əldə edib.

Rəqibi Merab Dvalişvili isə 35 yaşındadır və qarışıq döyüş sənətinə 2013-cü ildə başlamışdır. 2017-ci ildən bəri UFC-də çıxış edən Dvalişvili, 2024-cü ildə liqanın çempionu olub və bu müddət ərzində üç dəfə titulunu müdafiə etməyə müvəffəq olub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: