Yeniyetməni vurub videosunu “TikTok”da paylaşdılar
Sosial şəbəkələrdə yeniyetmələr arasında mübahisəni əks etdirən görüntülər yayılıb.
“Qafqazinfo” xəbər verir ki, videoda 4 yeniyetmənin bir nəfəri döydükdən sonra kameraya çəkdiyi görünür. Onlar oğlanlardan birindən üzr istəməsini tələb ediblər. Daha sonra o şəxslərdən biri həmin yeniyetməyə yumruq vurub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, baş leytenant Mahir Məsimov saytımıza bildirib ki, məsələ artıq nəzarətə götürülüb: “Görüntülərdən məlumatlıyıq. Məsələ ilə bağlı araşdırmalara başlanılıb, nəticəsi barədə əlavə məlumat veriləcək. Görüntülərdə Ağdaş rayonunun adı çəkilsə də, hadisənin hansı ərazidə baş verməsi araşdırmalardan sonra dəqiq məlum olacaq”.
Qeyd edək ki, video “TikTok” səhifəsində paylaşıldıqdan bir müddət sonra silinib.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir