Yeni tələb: Sərnişinlərə pulsuz çay, meyvə şirəsi... - VİDEO

Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişinlərin rahatlığını təmin etmək üçün daşıyıcı şirkətlər qarşısında bir sıra tələblər qoyub. Uzaq yola çıxan reyslərdə vətəndaşlara yol boyu pulsuz və limitsiz çay, qəhvə, meyvə şirəsi və eləcə də Vay Fay xidməti verilməlidir.
Xəzər Xəbər-in məlumatına görə, yalnız biletin pulunu ödəməklə uzaq yola çıxan sərnişinlər pulsuz olaraq çay, qəhvə, meyvə şirəsi və eləcə də Vay-fay xidmətlərindən istifadə edə biləcəklər.
Kompleksin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib ki, artıq avtobusların təxminən 90 faizi sərnişinlərə əlavə xidmətlər göstərir. Yaxın vaxtlarda xidmət sahəsi daha da təkmilləşdiriləcək.
Pərvin Məmmədova onu da anons edib ki, yaxın günlərdə sərnişindaşımada bir sıra yeniliklər olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əlilliyi olan şəxslərin NƏZƏRİNƏ - 15 iş günü ərzində...
Ucuz ev almaq istəyənlərin NƏZƏRİNƏ
3 və daha çox uşağı olan qadınlara ŞAD XƏBƏR
Göndərilən o SMS düz çıxdı - 500 manat verilir - FOTO
İşsizləri SEVİNDİRƏCƏK XƏBƏR- Dövlət maaş... - AÇIQLAMA