Yeni sədr dövlət qurumunda kadr dəyişikliyinə başladı - ADLAR
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev tərəfindən Komitədə bir neçə kadr dəyişikliyi barədə qərar qəbul edilib.
“APA-Economics”in məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparatının rəhbəri vəzifəsinə Anar Quliyev təyin edilib. Bu təyinata qədər Anar Quliyev Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin aparatının rəhbəri vəzifəsində çalışıb.
Son müddət ərzində Komitənin aparatının rəhbəri vəzifəsində çalışmış Ağamirzə Canmirzəyev isə tutduğu vəzifədən azad olunub. O, komitədə daha öncə çalışdığı və hazıradək vakant olan Texniki normalar və lisenziyaların verilməsi üçün təqdim olunmuş sənədlərlə iş şöbəsinin müdiri vəzifəsinə keçirilib.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
Bununla yanaşı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində vakant olan Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri vəzifəsinə Şahnaz Mustafayeva təyin edilib. Bu təyinata qədər o, Mənzil İnşaatı Dövlət Agentliyində Maliyyə və təminat şöbəsinin müdiri vəzifəsində çalışıb.
Eyni zamanda, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma şöbəsinə rəhbərlik edən Anar Bayramov tutduğu vəzifədən azad olunub. Şəhərsalma şöbəsinin müdiri vəzifəsinin icrası həmin şöbənin müdir müavini Fəxri Aydəmirə həvalə olunub.
Minval.info
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı