Yeni rektorlar prorektorları, dekanları niyə işdən çıxarır?
Bir quruma yeni rəhbər təyinatı olduqda, hər zaman orada kadr dəyişiklikləri gözlənilir və həqiqətən də gözləntilər özünü doğruldur.
Bu dəyişikliklər təhsil müəssisələrində, xüsusən, ali məktəblərdə olduqda isə cəmiyyətdə müzakirə obyektinə çevrilir. Bəzən tənqid olunur, bəzən isə alqışla qarşılanır.
Ən son müzakirə olunan təhsil ocağı isə Bakı Dövlət Universiteti idi. Prezident İlham Əliyevin 2019-cu il 11 mart sərəncamı ilə Elçin Babayev BDU-ya rektor təyin olundu.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
E.Babayev universitet rəhbərliyinə gələr-gəlməz kadr islahatlarına başladı. İşdən çıxarılanlar, vəzifəsi azaldılanlar arasında prorektorlar da oldu.
Rəhbərliyi dəyişən digər universitetlərdə də hər zaman prorektorların, dekanların ya vəzifələri kiçildilir, ya da işdən çıxarılırlar.
Səbəb kimi isə adətən, onların vəzifə səlahiyyətlərinin başa çatdığı göstərilir.
Bəs universitetlərdə prorektorlar, dekan, dekan müavinləri və kafedra müdirlərinin iş prinsipləri necədir? Onlar necə təyin olunur və neçə müddətdən bir dəyişməlidir?
Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərib.
Nazirlikdən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, təhsil müəssisələrinə kafedra müdiri, dekan və dekan müavini beş il müddətinə seçilir:
“Təhsil Nazirliyinin Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na uyğun olaraq kafedra müdiri və dekan vəzifəsinə seçilmiş namizədlə ali təhsil müəssisəsinin rektoru “Əmək müqaviləsinin nümunəvi forması”na uyğun olaraq beş il müddətinə əmək müqaviləsi bağlayır və müvafiq əmr verir. Dekan vəzifəsinin səlahiyyət müddəti də, digər məsələlər də bu Qaydalarla tənzimlənir
Prorektorların təyinatı ilə bağlı müddət də müqavilə ilə tənzimlənir”.
Bununla yanaşı, bildirilib ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət ali təhsil müəssisələrinin rəhbərlərini (rektor) vəzifəyə təyin etmək və vəzifədən azad etmək səlahiyyəti Azərbaycan Respublikasının Prezidentinə məxsusdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi