15.06.2018 - 13:15
Ölkə
17 baxış
Yeni nazir daha bir xanıma yüksək vəzifə verdi
Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Aqrar Ticarət Şirkəti MMC təsis edilib.APA xəbər verir ki, şirkətin məqsədi fermerlərə metodiki tövsiyyələrin verilməsi, tədarük şirkətləri ilə fermerlərin əlaqələrinin qurulmasına dəstək, fermerlərin bazara çıxışı istiqamətində məsləhət xidmətlərinin verilməsi, aqrar sahədə sosial məsuliyyət anlayışı çərçivəsində maarifləndirici xüsusi bülletenlərin və digər nəşrlərin buraxılmasından ibarətdir.
Dövlət Aqrar Ticarət Şirkəti MMC-nin direktoru isə Leyla Məmmədova təyin olunub.
O, Cenevrə Biznes Məktəbindən Bankçılıq və Maliyyə üzrə Magna Cum Laude fəxri dərəcə ilə məzun olmuşdur. Leyla Məmmədova həmçinin, Qafqaz Universitetində və Moskva Biznes Menecmenti Məktəbində təhsil alıb. Türkiyənin Ziraat Bank Akademiyası və ADA Universitetinin ixtisas artırma proqramlarının məzunudur.
O, Dövlət səhmli “Azər-Türk Bank”da uzun müddət Strateji Planlaşdırma və Marketinq departamentinin direktoru vəzifəsində çalışmış, daha sonra kariyerasını Sinam informasiya və texnologiyalar şirkətinin “start-up” layihəsinin direktoru olaraq davam etdirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azerbaijan Open 2026: Bakıda qolf həyəcanı!
09.09.2026 - 22:47
Bayramov və Mirzoyan yenidən görüşə hazırlaşır
09.09.2026 - 22:40
Ermənistan sülh danışıqları fonunda hərbi büdcəni artırır
09.09.2026 - 21:51
Bakıda qolları olmayan körpə: Ana imtina etdi
09.09.2026 - 21:37
Bakıda avtobus parkı 2500-ə çatır!
09.09.2026 - 21:02
Biləcəridə çörək zavodunda ciddi nöqsanlar aşkarlandı
09.09.2026 - 20:55
Zubir "Qarabağ"a geri dönür?
09.09.2026 - 20:41
Gəncədə abadlıq işlərinə 4,7 milyon manat ayrıldı
09.09.2026 - 20:13