Bakıda avtobus parkı 2500-ə çatır!
Bakıda ictimai nəqliyyatın əsas hissəsini təşkil edən avtobuslarla bağlı vəziyyət diqqət mərkəzindədir. Paytaxtda sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması, marşrutların yenilənməsi və avtobus parkının müasirləşdirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.
Minval.info xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, metro xətlərinin ayrılması layihəsi çərçivəsində təşkil edilən 7 ekspres və gücləndirilmiş 28 müntəzəm xəttə avqust-sentyabr aylarında 200-ə yaxın avtobus cəlb edilib. Tədris ilinin başlaması ilə əlaqədar 100-ə yaxın avtobus hazır vəziyyətə gətirilib və tezliklə istismara veriləcək.
Bu il avtobus parkının genişləndirilməsi nəticəsində sentyabr ayının sonuna qədər 2500-dən çox avtobusun xidmət göstərməsi nəzərdə tutulur. Qeyd edək ki, 2022-ci ildə paytaxtda gündəlik xəttə çıxan avtobusların sayı 1720 idi və ötən il Bakıya 290-dan artıq yeni avtobus gətirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Biləcəridə çörək zavodunda ciddi nöqsanlar aşkarlandı
Zubir "Qarabağ"a geri dönür?
Gəncədə abadlıq işlərinə 4,7 milyon manat ayrıldı
Bərdə icra başçısından tələbəyə xüsusi jest!
Bazarlarda sanitar böhran: Təhlükəsizlik təhdid altında
Xankəndidə əmək yarmarkası: 200 vakansiya təqdim edilir
Bakının 18 istiqamətində nəqliyyat sıxlığı yaşanır