“Paytaxtda yerləşən​ köhnə tikililərin çoxunda müəyyən problemlər mövcuddur. Çatlar, zirzəmilərdə qrunt suları və.s. Yeni tikilən çoxmərtəbəli yaşayış binalarında isə daha ciddi problemlər var. Onların inşası zamanı tikinti normalarına tam əməl edilməyib. Bu binalar tikilən zaman ikinci, üçüncü əl tikinti materiallarından, armaturlardan istifadə olunub. Bütün bunlar çox ciddi narahatlıq doğuran məsələlərdir”.

Bu fikirləri Bakupos­t.az -a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

O bildirib ki, binaların çoxunun fundamenti zəifdir:

”Binanın təməli güclü olmalıdır. Lakin indi buna fikir verən yoxdur. Binaları necə gəldi, harda gəldi, tikirlər. Binaların beton birləşmələri möhkəm deyil. Çünki tikinti zamanı materiala qənaət etmək üçün bəzi kəsintilər olub. Tikintidə istifadə edilən sementin və betonun keyfiyyəti yoxlanılmır. Bilinmir ki, binaların tikintisində istifadə olunan sement, beton, armatur və digər tikinti materialları keyfiyyətlidir, ya yox. İndiki tikinti materialları keyfiyyət baxımından çox geridədir. Bu səbəbdən də mütləq şəkildə bina tikintisində istifadə edilən materialların keyfiyyət göstəriciləri yoxlanılmalıdır.​ Hesab edirəm ki, yeni tikilən binaların möhkəmliyi, zəlzələyə davamlı olub-olmaması da mütəxəssilər tərəfindən yoxlamadan keçirilməlidir”.