Yeganə qadın şəhidimizin doğulduğu gündür
Bu gün İkinci Qarabağ müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın doğum günüdür.
“Qafqazinfo” xəbər verir ki, şəhidin 32-ci doğum gününü ondan yadigar qalan iki övladı, yaxınları və hər kəs onsuz qeyd edir.
1989-cu il təvəllüdlü A.Baxışova dörd yaşında olarkən Çernobıl faciəsində əlil olmuş atası vəfat edib. Pedoqoji kolleci bitirən Arəstə sonradan hərb sahəsini seçib və Beyləqandakı hərbi hissədə çalışıb.
Azərbaycan Ordusunun hərbi tibb qulluqçusu olan Arəstə Baxışova Vətən müharibəsində yaralı hərbçiləri döyüş meydanından çıxarıb. O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Özündən sonra yadigar qalan iki övladı – 11 yaşlı oğlu Mərdan və 10 yaşlı qızı Zəhra indi nənələrinin himayəsindədirlər.
Arəstə Baxışova ölümündən sonra Prezident İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı ilə təltif olunub.






Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərin Məkkəyə dron hücumu zərərsizləşdirildi
Orduda maaş sistemi yenilənir: 13 və 14 ləğv!
Husilərdən Səudiyyə hərbi bazasına raket hücumu
2026-cı ilin avqustu: İqlim rekordları qırıldı
Hörmüz boğazında ticarət gəmisinə hərbi müdaxilə
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir