Yeddi körpənin faciəvi ölümündən sonra mərkəz yenidən qurulacaq
Yeddi körpənin həyatını itirdiyi Respublika Perinatal Mərkəzində əsaslı təmir və yenidənqurma işləri həyata keçiriləcək. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnnovasiya və Təchizat Mərkəzi hazırlıqlara başlayıb.
Minval.info xəbər verir ki, ilkin mərhələdə təmir və yenidənqurma işlərinin layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulub. Bu sənədlərin hazırlanmasına 388 min manat vəsait ayrılması planlaşdırılır.
Xatırladaq ki, 2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzinin binasında baş verən yanğın nəticəsində yeddi yeni doğulmuş körpə həyatını itirmiş, dörd nəfər xəsarət almış və müəssisəyə 361 min manat məbləğində maddi ziyan dəymişdi.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılıb və ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. Mərkəzin keçmiş direktoru Mehriban Abasquliyeva və digər iki əməkdaş cinayət məsuliyyətinə cəlb olunublar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir