Yavər Camalov dəfn edildi - Fotolar
Dünən vəfat edən müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib.
Dəfn mərasimi Y. Camalovun Bakıda yaşadığı evdə keçirilib.
Mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, 69 yaşlı Y. Camalov uzun müddət ağır xəstəlikdən əziyyət çəkib və müalicə alıb. Bu günlərdə Parisdə keçirilən “EUROSATORY-2018” beynəlxalq müdafiə və təhlükəsizlik sərgisində iştirak etmiş Y. Camalovun dünən günorta saatlarında Bakıda evində səhhəti qəfil pisləşib və dünyasını dəyişib.
Y. Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub, 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. 1972 – ci ildə “Siyəzənneft” Neftqazçıxarma idarəsinin operatoru, 1972 – 1989- cu illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis – sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi, 1989 – 1995 – ci illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsinin rəisi, 1995 – 2003 – cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru, 2003 – 2006 – cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2006 – cı il tarixli Sərəncamı ilə müdafiə sənayesi naziri təyin edilib və ötən döv ərzində 3 dəfə yünidən bu vəzifəyə təyin olunub.
Y. Camalov 16 oktyabr 2009-cu ildə İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT






APA
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı