04.07.2022 - 10:54
Ölkə 44 baxış

Yaşyarımlıq Zəhranın erməni vandalizminin qurbanı olmasından beş il ötür

Bu gün yaşyarımlıq Zəhra Quliyevanın Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən beş il ötür.
2017-ci il iyulun 4-də saat 20:40 radələrində Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı qəsəbəsi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Həmin vaxt Füzuli rayonunun Alxanlı kənd sakinləri 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı və 1967-ci il təvəllüdlü nənəsi Quliyeva Sahibə İdris qızı Ermənistan silahlı qüvvələrinin minaatan və qumbaraatanlardan atəşi nəticəsində həlak olublar.
Habelə, atəş nəticəsində rayon sakini, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı yaralanıb və xəstəxanaya çatdırılıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: