Azərbaycan qazının Türkiyəyə nəqli 130 milyarda çatdı
Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində keçirilən ikitərəfli görüşdə energetika naziri Pərviz Şahbazov mühüm açıqlamalar verib. O bildirib ki, indiyədək neft-qaz infrastrukturu vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyə üzərindən beynəlxalq bazarlara ümumilikdə 761 milyon ton neft və 196 milyard kubmetr qaz tədarük edilib.
Minval.info xəbər verir ki, nazirin sözlərinə görə, bu müddət ərzində Türkiyəyə 130 milyard kubmetr Azərbaycan qazı nəql olunub və bunun 40 milyard kubmetri TANAP layihəsi çərçivəsində həyata keçirilib. Cari ilin ilk 8 ayında isə Türkiyəyə 6.2 milyard kubmetr, Türkiyə üzərindən Avropa ölkələrinə 7.5 milyard kubmetr, Suriyaya isə bir milyard kubmetr Azərbaycan qazı çatdırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azeri Light neftinin qiyməti 5,5% artdı
Spark 26 festivalı: Gənclər texnologiyada birləşdi
Bakıda sabah yağışsız, 31° isti olacaq
Formula 1: Bakı üçün qazanc və itkilər
Bakıda uşaq bezlərinin yerli istehsalına start verildi
Azərbaycanda bakalavr təhsili üçillik ola bilər
Keşlədə nəqliyyat məhdudiyyəti: Sürücülərə alternativ yollar!