Yaşlı qadının 68 manat və mobil telefonunu ələ keçirən şəxs saxlanılıb - FOTO
Paytaxtın Nizami rayonunda ahıl yaşlı qadına qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Minval.info”-ya bildiriblər ki, bu barədə zərərçəkən DİN-in“102” Zəng Mərkəzinə məlumat verib. Zərərçəkən izahatında R.Rüstəmov küçəsində naməlum şəxsin ona qarşı zor tətbiq etdiyini və əlindəki içərisində 68 manat və bir ədəd mobil telefonu olan çantasını götürərək hadisə yerindən qaçdığını bildirib.
Məlumat ərazi üzrə Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinə daxil olan kimi dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlanılıb.
Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Cəbrayıl rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Hacıyev Qabil Əleyman oğlu saxlanılıb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya 25-ci Polis Şöbəsinə müraciət edə bilərlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Konqoda məktəb yanğını: 29 şagird həyatını itirdi
Qəbizlikdən xilas olmaq üçün 7 təsirli içki
Ağdərədə mina partlayışı: Gənc yüngül xəsarət aldı
Coşqun Məmmədovun faciəvi ölümü: Baş həkim dayısı danışdı
Şərurda yanğın: 9 heyvan tələf oldu
Həkim Nicatın qəhrəmanlığı: İnfarktdan xilas etdi
Qara dənizdə dron hücumu: İki azərbaycanlı həlak oldu