Türk dövlətləri cinayətkarlığa qarşı birləşir: TÜRKPOL qurulacaq
Türk dövlətləri arasında cinayətkarlıqla mübarizə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə TÜRKPOL adlı yeni qurumun yaradılması təklif edilib. Bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi Türk Dövlətləri Təşkilatının 3-cü Daxili İşlər Nazirləri Toplantısında məlumat verib.
Minval.info xəbər verir ki, İnterpol və Europol modelində fəaliyyət göstərəcək TÜRKPOL-un yaradılması təklifini Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Özbəkistanın daxili işlər nazirləri müsbət qarşılayıblar. Bundan əvvəl Türk Dövlətləri Təşkilatı çərçivəsində Cinayətkarlıqla Mübarizə Şurasının yaradılması barədə razılıq əldə olunub.
Şuranın terror, narkotik, qanunsuz miqrasiya, kibercinayətkarlıq, qanunsuz mərc və qumarla mübarizədə əməkdaşlığı gücləndirməsi nəzərdə tutulur. Çiftçi bildirib ki, gələn ay Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Liderlər Zirvəsində Şuranın təsis sazişinin imzalanması planlaşdırılır. Daha sonra Şuranın icraedici qurumu kimi TÜRKPOL-un yaradılması istiqamətində iş aparılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır