Sürücülərin əks istiqamət manevri tıxacı artırdı
Suraxanı rayonunda bəzi sürücülərin yol hərəkəti qaydalarına əməl etməməsi nəticəsində ciddi tıxac yaranıb. Hadisə Hövsan (MİDA) yolunda baş verib. Sürücülər əks istiqamətə keçərək qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib və yolayrıcında növbəni pozublar.
Minval.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bu barədə açıqlama verib. O bildirib ki, müşahidə kameralarının qeydə aldığı görüntülərdə bəzi sürücülərin qaydalara əməl etməməsi nəticəsində Zığ şosesi-Hövsan, Hövsan-Zığ şosesi və “Kənd Hövsan” istiqamətlərində nəqliyyatın hərəkəti dayanıb.
Yol polisi əməkdaşlarının müdaxiləsi ilə yaranan xaotik vəziyyət aradan qaldırılıb. Ömər Xıdırov sürücülərin yol hərəkəti qaydalarına riayət etmələrinin vacibliyini vurğulayıb və digər hərəkət iştirakçılarına hörmətlə yanaşmalarını tövsiyə edib. O qeyd edib ki, yolda sıxlıq yarandığı zaman sürücülər növbəyə riayət etməli və digər zolaqlara keçməməlidirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"