Yaşıllıqlara ziyan: 43 min manatlıq itki!
Son bir həftə ərzində Şirvan şəhəri, İsmayıllı, Lənkəran və Xocavənd rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi nəticəsində 43 150 manat məbləğində ziyan vurulub. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Minval.info xəbər verir ki, araşdırmalar zamanı Şirvan şəhəri Tofiq İsmayılov küçəsində, İsmayıllı rayonunun İvanovka kəndində, Lənkəran rayonunun Qrumba kəndinin inzibati ərazisində və Xocavənd rayonu Zoğalbulaq-Azıx avtomobil yolunun kənarında ağacların qanunsuz kəsilməsi faktları aşkar edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına təqdim edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir