Yaşayış yerini tərk edən koronavirus xəstəsinə cinayət işi açılıb
Dekabrın 20-də polis əməkdaşları tərəfindən respublika ərazisində 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.
Bu barədə Minval.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Polis əməkdaşları COVID-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk edən həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda 20-yə yaxın şəxs arasında kütləvi dava, səbəb isə... - FOTOLAR
Bakıda ər arvadını küçənin ortasında döydü
"Tarqovı"da ağac taksinin üzərinə aşdı - FOTO
Piyadanı vurub qaçan sürücü tutuldu
Nail Kəmərlinin avtomobilinə hücum olundu - Video