13.08.2021 - 14:11
Sosial
17 baxış
Yasamalda şəhidin xatirəsi yad edilib

44 günlük Vətən müharibəsinin şəhidi, kapitan Həmidağa Hüseynzadə ad günündə Yasamal rayonunun ictimaiyyəti tərəfindən yad edilib.
“Minval.info” xəbər verir ki, şəhidin Yasamal rayonunda yerləşən 2-ci Fəxri Xiyabandakı məzarı ziyarət edilib, burada onun ruhuna dualar oxunub. Mərasimdə çıxış edən Yasamal rayonu İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Həmidağa Hüseynzadə müharibədə göstərdiyi rəşadətə görə, “Zəfər” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Mərasimdə çıxış edən şəhidin yaxınları öz xatirələrini bölüşüb. Mərasimdə millət vəkili Səbinə Xasayeva, Müdafiə Nazirliyinin nümayəndələri, Yasamal rayonu İcra Hakimiyyəti aparatı və Bələdiyyəsinin əməkdaşları, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hasil Abbasovdan Zeynəb Zamanovaya yeni vəzifə
19.09.2026 - 11:34
Cəlilabadda su qıtlığı: Fermerlər çarəsiz qalıb
18.09.2026 - 21:55
Şəhid ailələrinə 36 yeni mənzil təqdim edildi
18.09.2026 - 13:59
Əlillik təyinatı: 35,3 min şəxsə yeni qərar
17.09.2026 - 20:01
265 min şəxs məşğulluq tədbirləri ilə əhatə olundu
16.09.2026 - 21:36
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
13.09.2026 - 19:32
Pensiyaçılara kredit qapıları bağlanır?
12.09.2026 - 10:38
Atalıq məzuniyyəti: 1126 işçi faydalandı
08.09.2026 - 17:09