Yardımlıda icra hakimiyyətində rüşvət əməliyyatı: Həbs uzadıldı
Yardımlı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Mirzəyev və baş məsləhətçi Yaşar Eyvazovun həbs müddəti uzadılıb. Məhkəmə qərarına əsasən, hər iki şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 30 noyabr tarixinədək davam edəcək.
Minval.info xəbər verir ki, Binəqədi rayon Məhkəməsində baxılan işdə təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilən cinayətləri əhatə edir.
Xatırladaq ki, Elçin Mirzəyev və Yaşar Eyvazov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin aprel ayında həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı yeni iddialar
Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir
Milyonçu Bəxtiyar Dalinin zorlamağa cəhd etdiyi qadın müğənni imiş
Moskvada erməni iş adamının ailəsini qətlə yetirən şəxs ömürlük həbs olundu
Etibar Pirverdiyevin maaşı ilə bağlı yeni iddialar ortaya çıxdı