Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açıldı
Publika.az-ın məlumatına görə, 5 avqust 2013-cü il tarixində Şəmkir rayonunda 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın zorakılıq əlamətləri olan meyiti tapılmışdı. Bu faktla bağlı cinayət işi açılmış və istintaq Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılmışdır.
Baş Prokurorluğun Mətbuat xidmətinin verdiyi məlumata əsasən, istintaq nəticəsində 1989-cu il təvəllüdlü Xəyal Məmmədovun tamah məqsədilə Kifayət Məhərrəmovanın evinə qanunsuz daxil olduğu və onu çoxsaylı bıçaq zərbələri ilə xüsusi amansızlıqla öldürdüyü müəyyən edilib. Daha sonra Xəyal Məmmədovun mənzildən təxminən 3 min manat dəyərində pul və qızıl-zinət əşyalarını oğurlayaraq hadisə yerindən qaçdığı məlum olub.
22 sentyabr 2026-cı il tarixində Xəyal Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.11 (quldurluqla əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq) maddələri ilə ittiham irəli sürülüb.
İstintaq tamamlanmış və ittiham aktı prokuror tərəfindən təsdiq edilərək, baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukraynadakı əməliyyatda tutulan azərbaycanlıların adları açıqlandı
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxs həbs edildi
Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı
Vergi Xidmətinin üç vəzifəli şəxsi rüşvət ittihamı ilə həbs edildi
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı