Məcburi köçkün qadınla evlənən kişilər də məcburi köçkün sayılacaq
Baku.ws-ın məlumatına görə, işğaldan əvvəl işğal olunmuş rayonun sakini ilə evlənmiş kişilər də bundan sonra məcburi köçkün statusu və vəsiqəsi ala biləcəklər.
Bu dəyişiklik “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”da edilmiş yeniliklərlə əlaqədardır.
Əvvəlki qaydalara əsasən, yalnız işğal olunmuş rayonun sakini olan qadınlar, əgər işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüşdülərsə, məcburi köçkün statusu alırdılar. Onların öz rayonlarından pasport qeydiyyatından çıxmaması şərti də var idi.
Yeni qaydalara görə, artıq eyni şərtlər məcburi köçkün statusu olan qadınlarla evlənmiş kişilərə də şamil ediləcək. Bu dəyişiklik məcburi köçkünlərin hüquqlarının daha ədalətli təmin olunmasına yönəlib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan Türkiyəyə gedir – İrəvandan diqqətçəkən açıqlama
ABŞ Konqresində demokratların zəfəri Trampın siyasətinə mane ola bilər
Demokratlar Trampın planlarını alt-üst edə bilər
Mirzoyan: Türkiyə ilə birbaşa ticarət başlayıb, tezliklə Azərbaycanla da
Rusiya KTMT-də Ermənistana qarşı qərar layihəsi təqdim edib
İsraildə seçki nəticələri təsdiqləndi: Netanyahu üçün pis xəbər
ABŞ-da tarixi valilik seçkiləri: ilk qadın və etnik azlıq valilər