Yardım adı altında İrəvana hərbi yük daşınır
Gürcüstan Rusiyadan yola çıxan və güllə keçirməyən jiletlərlə yüklənmiş iki yük maşınını Ermənistana buraxmayıb.
Minval.info Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı və Feysbuk sosial şəbəkəsində məlumatlar yayılıb.
Bildirilib ki, “humanitar yük” daşıyan nəqliyyat vasitələri bir aya yaxındır Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsi yaxınlığındakı neytral zonada saxlanılır.
Yük maşınları Moskvadan martın 5-də yola salınıb və martın 28-də gürcü sərhədçilər sürüclərin və yüklərin sənədlərini müsadirə edərək onların hərəkətinə qadağa qoyub.
Sürücülərdən birininin sözlərinə görə, onları saxlayan gürcü sərhədçiləri yüklərin xüsusi təyinatlı olduğunu qeyd edərək Gürcüstanın Müdafiə Nazirliyindən icazənin tələb edildiyini bildiriblər.
Ermənistan Xarici İşlər Nazirliyindən “Sputnik Armenia” agentliyinə bildirilib ki, məsələnin tez bir zamanda həlli ilə bağlı Gürcüstanın müvafiq dölvət qurumları ilə iş aparılır.
Feysbukda yük maşınları və onların daşıdığı güllə keçirməyən jiletlərin yer aldığı videogörüntülər yayılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərin Məkkəyə dron hücumu zərərsizləşdirildi
Orduda maaş sistemi yenilənir: 13 və 14 ləğv!
Husilərdən Səudiyyə hərbi bazasına raket hücumu
2026-cı ilin avqustu: İqlim rekordları qırıldı
Hörmüz boğazında ticarət gəmisinə hərbi müdaxilə
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir