Yaponiyanın Baş naziri: Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm veririk

Yaponiyanın Baş naziri Şinzo Abe tərəfindən bu ölkədə akkreditasiya olunmuş yapon dilində danışan səfirlər üçün görüş-nahar təşkil olunub. Tədbirdə Baş nazirin dəvəti ilə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə də iştirak edib.
Axar.az xəbər verir ki, görüşdə hər bir səfir Baş nazir ilə söhbət etmək imkanı qazanıb. Söhbət zamanı G.İsmayılzadə, ilk növbədə, Baş nazirə dəvət üçün minnətdarlığını ifadə edib. Diplomat 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinin qeyd edildiyini, Cümhuriyyətin 1918-1920-ci illərdə müsəlman dünyasında parlament respublikası modeli əsasında qurulmuş çoxpartiyalı ilk demokratik dövlət olduğunu xüsusi vurğulayıb.
Azərbaycanın Yaponiya ilə hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edən G.ismayılzadə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib, əməkdaşlığımızın xüsusən iqtisadi sahədə genişləndirilməsinin vacibliyinə diqqət çəkib.
.İsmayılzadə Yaponiya şirkətlərinin Azərbaycanın enerji sektorunda geniş fəaliyyəti haqqında məlumat verib, ölkəmizin qeyri-enerji sektorunda da Yaponiya ilə əməkdaşlıq üçün yüksək potensialın olduğunu qeyd edib.
Ətraflı məlumata görə minnətdarlığını bildirən Baş nazir Şinzo Abe Yaponiyanın Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verdiyini deyib.
Tədbirdə yapon dilində danışan cəmi 23 səfir iştirak edib.
Xatırladaq ki, ilk belə görüş 2015-ci ilin dekabrında, daha sonra 2017-ci ilin yanvarında və dekabrında təşkil edilib və bu görüşlərin hamısında Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə iştirak edib.
Minval.İnfo


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü