YAP sədrinin müavini: “Azərbaycan sabitlik adasına çevrilib”
“Ölkəmizin tarixi nailliyyətlər qazanması daxili və xarici siyasətin həyata keçirilməsi nəticəsində mümükün olub”.
Minval.info-nun xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanın dinamik, inamlı inkişafı Heydər Əliyev siyasətini müstəqil müstəvidə davam etdirən İlham Əliyevin adı ilə bağlıdır: “İlham Əliyevin rəhbərlik etdiyi son 18 ildə Azərbaycan dünyanın diqqətini cəlb edib. Azərbaycan onun liderliyi ilə sabitlik adasına çevrilib. Ölkəmizdə sabitliyin təminatçısı isə iqtidar-xalq birliyidir”.
T.Budaqov vurğulayıb ki, Prezident İlham Əliyevin xarici siyasəti Azərbaycanın bölgədə və dünyada söz sahibinə çevrilməsinə gətirib çıxarıb.
YAP sədrinin müavini bildirib ki, Azərbaycanın hərbi gücünün artması, beynəlxalq mövqeyinin güclənməsi ərazi bütövlüyümüz bərpasında həlledici yer tutub: “Vətən müharibəsi təkcə tarixi ədalətin bərpası deyil, Qafqaz regionunda yeni reallığın yaranmasına səbəb olub. Zəngəzur dəhlizinin açılması gələcəkdə Cənubi Qafqazın işbirliyi məkanına çevrilməsi deməkdir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya NATO ittihamlarını rədd etdi: "isterika və təxribat
İraq-İran sərhədində üç keçid yenidən açılır
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!